İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış aktrisa 9 il əvvəl çəkildiyi seriala görə PROKURORLUĞA ÇAĞIRILDI

Məşhur aktrisa Melisa Sözen 9 il əvvəl çəkildiyi seriala görə İstanbul Baş Prokurorluğuna çağırılıb.

Aktrisa 2016-cı ildə "Le Bureau des Legends" serialında rol alarkən terror təşkilatı PKK/YPG-nin formasını geyinib.

Sezenlə bağlı araşdırmalara başlanılıb və o "Terror təşkilatının təbliği" ittihamına görə ifadə verməli olub.

"Üzərimdəki geyimin paltarın belə bir təşkilatına aid olduğunu bilmirdim. Orada cəsus rolunu oynayırdım. Ekran işi öz ölkəmdə yəni, Türkiyədə yayımlanmayıb, ölkəmi, millətimi sevən biriyəm", - deyə Melisa ifadəsində qeyd deyib.

Məlumat üçün bildirək ki, layihə Fransada çəkilib. Melisa Sözen serialda Suriyada İŞİD-ə qarşı döyüşən ikili cəsus obrazında olub./BAKU.WS 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR