İnsanlara hürriyət, millətlərə istiqlal!

Tamerlan Qarayevin “tez-tez kilsəyə gedirəm” açıqlamasına reaksiya

Litvadakı sabiq səfir Tofiq Zülfüqarov: “Səfir olduğu ölkənin mədəniyyətini, dinini öyrənməlidir, ona görə də... ”

Uzun müddətdir mətbuata açıqlama verməyən Azərbaycanın Litva Respublikasındakı səfiri Tamerlan Qarayev nəhayət ki, sükutu pozub. Moderator.az xəbər verir ki, səfir Litvada rus dilində yayınlanan “R radio”ya müsahibə verib.

Müsahibə Litvanın paytaxtı Vilnüs şəhərinin 700 illiyi ilə əlaqədar olub. Jurnalist səfirə şəhər barədə suallar ünvanlayıb. “Sizcə, bu şəhərdə nə çatmır” sualına Tamerlan Qarayev “ünsiyyət” deyə cavab verib. Jurnalistin növbəti sualı da maraqlı olub. O, Tamerlan Qarayevə “şəhərin hansı hissəsini bəyənirsiz”   sualı ünvanlayıb.

Səfir cavabında bildirib ki, övladlarına, ümumiyyətlə, hər kəsə şəhərin kilsələrinə getməyi məsləhət görür: “Sırf tarixi abidə baxımından Vilnüs kilsələri xoşuma gəlir. Mən müsəlman olsam da kilsəyə tez-tez gedirəm. Vilnüsün "qədim şəhər"ində olan bir kilsə isə xüsusi xoşuma gəlir, orada həm Məryəmin şəkli var, həm də İslam simvolları olan ay və ulduz. Xatırladım ki, Məryəm İslam dinində də müqəddəs hesab olunur. Quranda az sayda qadınların adı keçir, onlardan biri də Məryəmdir".

Əlbəttə ki, bir müsəlmanın kilsəyə getməsində qəbahət yoxdur, İslam dini təkallahlı digər dinlərə xoş münasibət bəsləyir. Lakin səfirimizin tez-tez kilsəyə getməsi, övladlarına, ümumiyyətlə, hər kəsə şəhərin kilsələrinə getməyi məsləhət görməsi bəziləri tərəfindən birmənalı qarşılanmayıb.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

 Tofiq Zülfüqarov

Azərbaycanın Latviyada səfiri olmuş Tofiq Zülfüqarov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Keçmiş səfir zamanında özü də Latviyada olarkən kilsələrə getdiyini deyib: “İlk öncə anlamalıyıq ki, din baxımından bir müsəlmanın kilsəyə getməsi normal haldır. Çünki kilsə də Allahın evi sayılır. Bu baxımdan bu məsələ normal qarşılanmalıdır. O ki qaldı mədəni baxımdan, əlbəttə ki, əgər səfirsənsə, olduğun ölkənin dinini, mədəniyyətini, insanların hansı xüsusiyyətə, adət-ənənəyə malik olduğunu bilməlisən. Yəni burada təəccüblü heç nə yoxdur. Təəccüblü o zaman olar ki, sən onların fəxri olan və mədəniyyətlərinin, milli irsinin vacib hissəsi olan kilsələrə getməyəsən.

 Xatırlayıram ki, Latviyada kilsələrdə orqan və yaxud klassik musiqi konsertləri, həmçinin dövlət tədbirləri keçirilirdi. Hətta belə bir tədbir də olmuşdu - həlak olan bir hərbiçinin vida mərasimi rəsmi şəkildə keçirilmişdi. Həmin vaxt diplomatik korpus da iştirak edirdi. Bu məsələyə təəccüblə yanaşanlar, görünür ki, İslam dininin əsaslarını o qədər yaxşı bilmirlər. Çünki İslam dinində müxtəlif dinlərə inam mövcuddur. Yəni təkallahlığa inananlar müsəlmanlara yaxındır. Bütpərəstlik, çoxallahlıq təbii ki, bizim dinə uzaqdır. Bu baxımdan bir daha qeyd edirəm ki, bu məsələni təəccüblə qarşılayanlar İslam dininin əsaslarını daha yaxından öyrənsinlər.  Mən də mətbuat orqanlarının birində oxudum ki, səfir Tamerlan Qarayev kilsələrə gedir və sairə. Bunun təbii qarşılamaq lazımdır. Əlbəttə ki, səfir olduğu ölkənin mədəniyyətini, dinini öyrənməlidir. Bu həm də bir hörmət əlamətidir. Sənin ölkənə hörmət etsinlər deyə, sən öz fəaliyyətinə bu amillərdən başlamalısan".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR