Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Aybəniz Haşımova repertuarına daxil olan mahnılardan bəhs edib.
Musavat.com xəbər verir ki, Əməkdar artist fikirlərini sosial media hesabında bölüşüb.
O, ifa etdiyi mahnıların tamaşaçıların ruhunu oxşamasını istədiyini qeyd edib:
"Hər zaman səhnəyə çıxanda çalışmışam ki, oxuduğum nəğməni sadəcə bir mahnı kimi deyil, kiçik bir tamaşa, bir fraqment, bir əsər kimi təqdim edim.
İstər tək olum, istər tərəf müqabilim olsun, istər pəncərədən, istərsə göylərə baxım – mənim üçün əsas olan odur ki, o anda səhnədə yaşadığım duyğunu tamaşaçıya çatdırım, onları bu nəğmənin içində yaşadım. Çünki mənim üçün nəğmə bir vasitədir – tamaşaçının qəlbinə yol tapmaq, o nəğməni sevdirmək, onu yaddaşlara yazmaq üçün bir yol. Tamaşaçının gözlərində o gerçəkliyi görəndə, bax o zaman anlayıram ki, məqsədimə çatmışam".
Könül
Musavat.com
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ