İnsanlara hürriyət, millətlərə istiqlal!

Taliban qalstuk taxmağı qadağan edib

Əfqanıstanda hakimiyyət orqanları qalstuk taxmağı dayandırmağa çağırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Talibanın İslami Müraciət və Oriyentasiya İdarəsinin rəhbəri Məhəmməd Haşim qalstukdan əl çəkməyə çağırıb.

Haşimin fikrincə, qalstuklar xristianlar üçün aksessuar kimi meydana çıxıb və xaçdan yaranıb.

Qeyd edək ki, əvvəllər Əfqanıstanda bütün dövlət qulluqçuları qalstuk taxırdılar. Haşim buna qarşı çıxıb və onların rədd edilməsinə dair daha bir arqument irəli sürüb. O, qeyd edib ki, qalstuk ipəkdəndir, onu ancaq qadınlar taxa bilərlər.

Bundan əvvəl Taliban Kabil və digər əyalətlərdə gözəllik salonlarının fəaliyyətinə qadağa qoyub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR