Onlayn ictimai-siyasi qəzet
ABŞ Veneuselanın təbii sərvətlərini ələ keçirmək və müstəqil inkişafının qarşısını almaq istəyir.
Musavat.com xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro “Venezolana de Televisión” telekanalının efirində deyib: "İmperializm Venesuela sahillərinə səkkiz döyüş gəmisi, bir nüvə sualtı qayığı göndərir və heç kimin inanmadığı bir bəhanə ilə bizə 1200 raket yönəldir”.
Maduro həmçinin bildirib ki, ABŞ dövlət katibi Marko Rubio yalan danışır, “Ağ Evi, Mayami mafiyasını idarə edir və ABŞ prezidenti Donald Trampın adını qana bulamaq istəyir”.
Maduro ABŞ-ın Venesuelanın neftini, qazını, qızılını və digər faydalı qazıntılarını pulsuz almaq niyyətində olduğunu bildirib. O hesab edir ki, əsas məqsəd "Latın Amerikasında ən böyük inkişaf layihəsinə, böyük xilaskar Simon Bolivar layihəsinə və Venesuelanın göstərdiyi nümunəyə son qoymaqdır". Maduro ABŞ-ın məqsədinə çata bilməyəcəyini və “suveren Venesuelada sülh, bərabərlik, demokratiya və azadlıq hökm sürəcəyini” vurğulayıb.
Musavat.com
04 Sentyabr 2025
00:47 Rusiyanın SAVAŞACAQ gücü YOXDUR: Cənubi Qafqaz əllərindən ÇIXIB - Əli Mustafadan FƏRQLİ TƏHLİL
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ