İnsanlara hürriyət, millətlərə istiqlal!

Taksilərin keyfiyyətinin artdığı hansı meyarla müəyyən edilib? – RƏSMİ AÇIQLAMA

İyulun 1-dən etibarən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minib. Tətbiq edilən qaydaların taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət etdiyi vurğulansa da, müəyyən narazılıqlar qalmaqda davam edir.

Narazılıqlardan biri taksi qıtlığı ilə bağlıdır. 

Əvvəllər sifariş verilən ünvana 3-5 dəqiqəyə gələn taksilər indi ünvana ən tez halda 10 dəqiqəyə yetişirlər. Bəzən sifarişin yarım saat çəkdiyi də olur.

Digər məsələ isə sistemdə sifariş verdiyin avtomobilin bir, ünvana gələn avtomobilin isə fərqli olmasıdır. 

Yəni taksi xidmətindən istifadə edən vətəndaşlar hələki keyfiyyət, əlçatanlıq əvəzinə vaxt itkisi, qiymət artımına şahidlik edirlər.

Ötən həftə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov isə mətbuata açıqlamasında həyata keçirilən tədbirlər və qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində taksi fəaliyyətində xidmət keyfiyyətinin yüksəlməsinin müşahidə edildiyini deyib. O bildirib ki, Bakıda taksi sayı 67-70 mindən 35 minə enib.

Sual yaranır ki, bu müddət ərzində keyfiyyətin artması hansı meyarla ölçülüb? 

Taksi xidmətindən istifadə edən vətəndaşların rəyi öyrənilibmi?

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, buraxılış ili köhnə olan avtomobillər taksi xidmətindən kənarlaşdırılıb:

“Bu günədək taksi sifarişi operatoru kimi fəaliyyət göstərmək üçün 11  operatora icazə verilib. Ümumilikdə, 12304 nəqliyyat vasitəsinə  buraxılış kartı verilib. 25434 sürücü təlimlərə cəlb edilib.

Buraxılış ili qanunla müəyyən edilən həddən yuxarı olan nəqliyyat vasitələri taksi xidmətlərindən kənarlaşdırılıb və həmin nəqliyyat vasitələrinə operatorlar tərəfindən sifarişlər ötürülmür. Hazırda taksi parkının yenilənməsi müşahidə edilir. Daşıyıcılar tərəfindən yeni nəqliyyat vasitələrinin cəlb edilməsi istiqamətində tədbirlər görülür”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR