İnsanlara hürriyət, millətlərə istiqlal!

Tahir Kərimli şikayətləndi: “Bəzən şöbə müdirinin müavini səviyyəsində bizə cavab verirlər”

Deputat Tahir Kərimli Milli Məclisdəki çıxışında Baş nazirə müraciətlə məmurlardan şikayətləndi: “Bəzən şöbə müdirinin müavini səviyyəsində bizə cavab verirlər, belə olarmı?”

Ardınca deputat seçicilərin problemlərindən danışdı. “Ağsu dolaylarının açılması 2023-cü ilə qalıb, yenə də ümid edək ki, o vaxtadək yol açılacaq”. Daha sonra T.Kərimli şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı maneçiliyin aradan qaldırılması, Nazirlər Kabinetinin qaydalara düzəliş etməsini xahiş etdi. Deputat kəndlərdə həkim, xarici dil müəllimlərinin çatışmadığını söylədi. “Elə problemlər var ki, 7 ildir mən deyirəm düzələcək. Elə olsun ki, biz heç olmasa hüzür məclisinə getməyə, onlarla üz-üzə oturmağa üzümüz olsun”,- deputat əlavə etdi.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR