İnsanlara hürriyət, millətlərə istiqlal!

Tahir Kərimli: “Hər bir ailəyə 200 dollar pul verilsin”

Milli Məclisin iclasında çıxış edən istiqlalçı deputat Tahir Kərimli Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən bəhs etdi.

Deputat əlamətdar gün münasibətilə hər bir vətəndaşa 100 manat məbləğində pul verilməsinin təklif etdi və mənbəni də göstərdi: “Neft Fondunda kifayət qədər pul var. Mənə elə gəlir bu qədər pul fond üçün çox deyil. Digər bir təklifim isə Azərbaycanda doğulan uşaqlara maddi köməklə bağlıdır. Xarici ölkələrdə olduğu kimi, hər bir uşağın adına hesab açılsın və ora vəsait qoyulsun. Bir çox neft-qaz ölkələrində bu təcrübə var”.

T.Kərimli dedi ki, ölkəmizdə 2 milyon 200 min ailə var: “Hər bir ailəyə 200 dollar verilsin. Bu, Neft Fondu üçün böyük məbləğ deyil. Neft Fondundakı pulu xalqımız üçün xərcləmək lazımdır. Hökumətimiz xalqın gözündə nüfuzunu çox artırmış olardı. Finlandiyada ali təhsil pulsuzdur. Təklif edirəm ki, bütün dövlət ali təhsil məktəblərində təhsil pulsuz olsun. Azərbaycan öz vətəndaşlarına təhsili pulsuz versin”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR