 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Tacir Şahmalıoğlu ailəsi ilə Gəncəbasar regionuna istirahətə yollanıb.
Şəxsi avtomobilləri ilə istirahətə yollanan müğənninin oğlu Şahmalı kiçik qardaşı Ömürü qucağında əyləşdirərək avtomobil idarə edib. Həmin kadrları Tacirin qızı kameraya çəkib.
Qeyd edək ki, qanunvericiliyə görə, azyaşlıların ön oturacaqda qucaqda daşınması qadağandır. Onlar arxa oturacaqda müstəqil və ya qucaqda daşına bilər. Ön oturacaqda isə xüsusi uşaq oturacağı olan hallarda daşınmasına icazə verilir.
12 yaşadək uşaqların ön oturacaqda xüsusi oturacaq olmadan və ya digər sərnişinin qucağında daşınmasına görə sürücü məsuliyyət daşıyır. Bu xətanı törədən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 80 manat məbləğində cərimə edilə bilər. (titul.az)
01 Noyabr 2025
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ