Onlayn ictimai-siyasi qəzet
Tacikistanın şərqində yerləşən Dağlıq Bədəxşan Muxtar Vilayətində 5 bal gücündə zəlzələ baş verib.
Musavat.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, zəlzələnin ocağı 114 kilometr dərinlikdə, Əfqanıstanla sərhədin yaxınlığında yerləşib.
Zəlzələ paytaxt Düşənbədə hiss olunmayıb.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ