Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusu Ukraynanın dəmir yolu infrastrukturuna növbəti zərbələr endirib.
Musavat.com xəbər verir ki, “Ukrzaliznıtsya”nın məlumatına görə, sentyabrın 17-nə keçən gecə Rusiyanın “kompleks hücumu” nəticəsində bir sıra elektrik yarımstansiyaları sıradan çıxıb.
Şirkətin açıqlamasında bildirilir ki, zərbələr sərnişin daşımalarına ciddi təsir edib. Hazırda bir neçə istiqamətdə qatarların hərəkətində uzunmüddətli gecikmələr qeydə alınır.
Qeyd edək ki, son aylarda Rusiya ordusu Ukraynanın enerji və nəqliyyat infrastrukturuna hücumları intensivləşdirib. Bu isə həm mülki əhalinin gündəlik həyatına, həm də hərbi-logistika təminatına mənfi təsir göstərir.
Musavat.com
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ