İnsanlara hürriyət, millətlərə istiqlal!

Tacikistanda güclü zəlzələ baş verdi

Tacikistanda səhər saatlarında güclü zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentri Dağlıq Bədəxşan Muxtar Vilayətinin Vanjsk rayonu olub.

Tacikistanın Fövqəladə Hallar Nazirliyinin rəsmisi Umed Yusif bildirib ki, səhər 05:37-də 12 ballıq şkala üzrə zəlzələnin təkanları 3-4 bal gücündə hiss edilib.

O, əlavə edib ki, tələfat və dağıntılarla bağlı müraciət daxil olmayıb.

Bu arada Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi açıqlayıb ki, Tacikistanda səhər saatlarında 6,8 bal gücündə zəlzələ qeydə alınıb. Təkanlar Özbəkistan, Qırğızıstan, Əfqanıstan, Çin və Pakistanda hiss olunub.

Çinin Seysmoloji Mərkəzi məlumat yayıb ki, ölkənin şimal-qərbindəki Sincan-Uyğur muxtar bölgəsi ilə Tacikistan sərhədində 7,3 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkan yerli vaxtla 08:37-də (Bakı vaxtı ilə 04:37) qeydə alınıb. Dağıntı və qurbanlar barədə məlumat daxil olmayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR