İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşa, Kəlbəcər və Laçının HAVASI açıqlanıb

Qarşıdakı 3 gündə Şuşa, Kəlbəcər və Laçında müşahidə ediləcək hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, yanvarın 10-da zəif yağan qarın axşama doğru intensivləşəcəyi gözlənilir. Arabir duman olacaq.

Şərq küləyi 3-8 m/s əsəcək. Havanın temperaturu gecə 15-18° şaxta, gündüz 8-13° şaxta olacaq.

Yanvarın 11-də arabir qar yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi 3-8 m/s əsəcək. Havanın temperaturu gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacaq.

Yanvarın 12-də gün ərzində əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi 3-8 m/s əsəcək. Havanın temperaturu gecə 15-18° şaxta, gündüz 6-11° şaxta olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR