İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşa, indiki an! "Xarıbülbül festivalı"ndan eksklüziv görüntülər

Şuşada keçirilən Beynəlxalq Folklor Festivalı 2-ci günündə günorta saatlarında da maraqlı konsert proqramı ilə davam edir.

Festivalda təmsil olunan "Yeni Müsavat" jurnalist qrupunun məlumatına görə hazırda tədbirdə mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu, Xalq artisti, Bakı Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, tanınmış mədəniyyət xadimləri iştirak edib.

Əməkdar artist, xanəndə Qoçaq Əsgərov, Arslan Növrəsli (tar), “Cəngi" Estrada Folklor Ansamblı, Pakistanın “Colors of Pakistan", Özbəkistanın “Baxor" Dövlət Ansamblının çıxışları təqdim olunub.

Mayın 14-də başa çatacaq sayca beşinci festivalda xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri iştirak edirlər.

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR