İnsanlara hürriyət, millətlərə istiqlal!

“Survivor”un məşhur simasından Azərbaycana TƏŞƏKKÜR MESAJI

“Survivor”un məşhur simalarından biri olan Sema Aydemir Türkiyədə baş verən dəhşətli zəlzələdə ilk yardıma gələn Azərbaycan xalqına öz təşəkkürünü bildirib.

Musavat.com bildirir ki, Sema Aydemir bununla bağlı öz “İnstagram” səhifəsində paylaşdığı videomüraciətində qeyd edib:

“Bir çox ölkələr, ölkə rəhbərləri lazımdırsa, yardım etməyə hazır olduqlarını, başsağlıqlarını bildirdilər, sağ olsunlar. Amma burada məsələ nədir? Hər zaman olduğu kimi ilk olaraq Azərbaycan dərhal öz qurtarma dəstəsini göndərdi, həqiqətən, dəstək oldu və yanımızdadırlar. Çətin günümüzdə bizim yanımızda kim var? Əlbəttə, görürük ki, hər zaman Azərbaycan! Sağ olsun, var olsun!”

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR