İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücülərin diqqətinə - Bu sayta aldanmayın!

Onlayn ödəmə imkanları genişləndikcə bunu fürsətə çevirən, bu yolla insanları aldadaraq pul qazanmağa çalışanların da sayı artır.

Musavat.com xəbər verir ki, yeni fırıldaq üsulu isə cərimələrlə bağlıdır. Belə ki, sürücüləri hədəf alan şəbəkə üzvləri "asancerime.com" adında sayt yaradıblar.

Bu saytı isə "instagram" sosial şəbəkə hesabında "DYP və BNA cərimələrini 40% endirimlə ödə" başlığı ilə reklam edirlər.

Cərimələri olan şəxslər də buna aldanır, sayta daxil olur, kart məlumatlarını yazandan sonra hesablarındakı pul silinir. Fırıldaqçılar o qədər peşəkar iş görüblər ki, saytda "Protokol seriyası"nı yazan zaman həqiqətən protokol üzrə bilgilər görünür. Bu da o deməkdir ki, onlar "Asanpay" ödəniş sistemində qurbanın protokol kodunu yazır, cəriməni öyrənir, "endirimli" halını təqdim edirlər. 

Kiçik bir araşdırma apardıq. Məlum oldu ki, sayt üçün istifadə edilən "asancerime.com" domeni 2 ay öncə alınıb. Domen sahibi kimliyini gizlədib, əlaqə nömrəsi isə ABŞ-a məxsus saxta, virtual nömrədir.

Fırıldaqçılar insanları rahat aldatmaq üçün "instagram" paylaşımının şərh bölməsində saxta rəylər yazırlar. "Bəli, ödədim, endirim oldu" cümlələri ilə fikir formalaşdırır, daha çox qurban tapmaq üçün iş görürlər.

Əslində saytın saxta olduğunu bilmək üçün bu qədər bilgi sahibi olmaq lazım deyil. Xatırladaq ki, dövlət ödəmə sistemlərinin saytları "gov.az", Azərbaycanda fəaliyyət göstərən onlayn ödəmə saytları isə "az" sonluğu ilə bitir. Hər birinin faktiki qeydiyyat ünvanı vardır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR