İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücülərin DİQQƏTİNƏ! - Bu hallarda 40 AZN CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ

Dayanma və durma qaydalarının pozulması yollarda ciddi problemlərə səbəb olur.

BAKU.WS xəbər verir ki, bu səbəbdən sürücülər cərimələnir ki, qadağan olunan yerdə heç kim avtomobil saxlamasın.

Lakin bəzi küçələrdə nişan olmadan cərimələnən sürücülərə də rast gəlinir. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov BAKU.WS-ə bildirib ki, dayanma-durma nişanı olmayan bəzi yerlərdə sürücülər cərimə oluna bilər:

"Paytaxt yollarında sıxlıq və tıxacların yaranma səbəblərindən biri də dayanma və durma qaydalarının pozulması hallarıdır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən həmin qayda pozuntuları aşkar edildikdə həmin sürücülər barəsində protokol tərtib edilir, yol polisi tərəfindən də cərimə olunurlar.

“Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsində qeyd olunur ki, dəmiryolu keçidlərinə 100 metrdən az məsafə qaldıqda, avtobus dayanacaqlarında, tunellərdə, körpülərdə, döngələrdə, xüsusilə də həyətlərin girişində, səkilərdə, piyada keçidlərində sürücülər dayanma və durma nişanı olmasa belə cərimə edilə bilər. Cərimənin miqdarı 20-40 manat arasında dəyişir".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR