Onlayn ictimai-siyasi qəzet
Suriya ordusuna qarşı silahlı hücumla bağlı yeni insident baş verib.
Musavat.com xəbər verir ki, ötən gün Suriyanın Sahnaya şəhərində, özlərini “sülhpərvər druz icmasının üzvləri” kimi təqdim edən bir qrup şəxs Suriya ordusuna atəş açdıqdan sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Sosial şəbəkələrdə yayılan ikinci videoda həmin şəxslərin Suriya Silahlı Qüvvələrinin mövqelərinə atəş açdıqları aydın görünür. Hadisə ictimaiyyətdə böyük rezonans doğurub və bölgədə vəziyyətin gərginləşməsinə səbəb olub.
Rəsmi açıqlama yoxdur
Hazırda hadisə ilə bağlı rəsmi Dəməşq rəhbərliyindən açıqlama verilməyib. Saxlanılan şəxslərin kimlikləri və onların hansı təşkilata bağlı olduqları araşdırılır.
Qeyd edək ki, Suriyada druz icması əsasən ölkənin cənub bölgələrində yerləşir və zaman-zaman müxtəlif qruplarla əlaqədə olmaqda ittiham olunub.
@@TVmusavat/114173@@
Toğrul İSMAYIL,
Musavat.com
01 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ