Onlayn ictimai-siyasi qəzet
Türkiyədə fərdi kredit kartı borclarının yenidən qurulması ilə bağlı müraciətlərin qəbulu bu gün, oktyabrın 10-da başa çatır.
Musavat.com xəbər verir ki, bu barədə Bank Tənzimləmə və Nəzarət Təşkilatı (BDDK) məlumat yayıb.
Yeni proqram çərçivəsində vətəndaşlara borclarını 48 aya qədər hissələrlə ödəmək imkanı yaradılıb. Yenidən strukturlaşdırılmış borclara illik faiz dərəcəsi 3,11% səviyyəsində tətbiq ediləcək. Müraciətlər həm bank filiallarında, həm də rəqəmsal platformalar üzərindən iş gününün sonunadək qəbul olunur.
Tənzimləməyə əsasən, yenidən qurulan borclar üzrə aylıq ödənişlər mövcud minimum məbləğə əlavə ediləcək. Borcun yarısı ödənməyincə, kredit kartının limiti artırılmayacaq. Əgər restrukturizasiya məbləği kart limitini aşarsa, artıq hissə limitdən kənar borc kimi hesablanmayacaq.
Qayda yalnız vaxtı keçmiş borclar üçün deyil, həm də tam və ya qismən ödənilməmiş bütün fərdi kart borclarına şamil olunur. Bundan başqa, daha əvvəl restrukturizasiyadan keçmiş borclar da yeni proqram çərçivəsinə yenidən daxil edilə biləcək.
Musavat.com
11 Oktyabr 2025
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ