İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyada SEPAH-ın qadın lideri öldürülüb

Suriyanın cənub-şərqindəki Deyr əz-Zor əyalətinin Əl-Bukəmal şəhərində naməlum silahlı şəxslər SEPAH-ın qadın lideri Ruqəyyə Kazem əl-Sudanini öldürüblər.

Musavat.com xəbər verir ki,onun meyiti bu əyalətdəki tərk edilmiş binalardan birində tapılıb. Bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.

“Ümmü Zeynəb” təxəllüsü ilə Əs-Sudaninin uzun müddət Dəməşqdə yaşadığı bildirilir.

Məlumata görə, o, çox sayda qətllər törədib, habelə qadın və uşaqları “İran Mədəniyyət Mərkəzi” adlanan yerə cəlb edib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR