İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyada ölü sayı artır-epidemiya xəbərdarlığı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Suriyada zəlzələ nəticəsində 8,5 min nəfər ölüb. Musavat.com bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb.

Suriya Səhiyyə Nazirliyi isə indiki ana qədər zəlzələ qurbanlarının sayını daha az göstərib: cəmi 1408 nəfər. Bundan başqa, Suriyanın Dəməşqin nəzarətində olmayan şimal-qərb bölgəsi ərazisində ölənlərin sayı 2037 nəfərə çatıb.

UNICEF-in Yaxın Şərq və Şimali Afrika üzrə regional ofisinin nümayəndəsi Əmmar Əmmar xəbərdarlıq edib ki, zəlzələdən sonra qida və təmiz su çatışmazlığı səbəbindən Suriyada epidemiya başlaya bilər, “Moskovskiy komsomolets” yazıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR