İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyada mülki əhaliyə qarşı zorakılıqların araşdırılması müddəti uzadıldı

Suriya hakimiyyəti martın 6-10-da Suriyanın sahilyanı əyalətlərində zorakılıqların artmasına səbəb olan halları araşdırmaq üçün yaradılan müstəqil komitənin işini üç ay uzadıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı Suriya televiziyasına komitənin rəsmi nümayəndəsi Yaser Fərhan açıqlayıb.

Onun sözlərinə görə, bu qərar komitə üzvlərinin ölkənin müvəqqəti prezidenti Əhməd əl-Şaraa ilə görüşündən sonra qəbul edilib: “Biz bir ay ərzində vətəndaşların hüquqlarının pozulması ilə bağlı 40 fakt müəyyən etmişik və törədilmiş digər cinayət əməllərinin sübutlarını toplamaqda davam edirik. Prezident səlahiyyətlərimizin daha üç ay uzadılması ilə bağlı müraciətimizi dəstəklədi”.
O bildirib ki, bütün şübhəlilər ədliyyə orqanları tərəfindən dindirilib.

Komitə üzvləri araşdırmaya bir ay əvvəl başlayıb. Onların vəzifəsi mülki şəxslərə qarşı zorakılıq faktlarını və dövlət qurumlarına, təhlükəsizlik işçilərinə və hərbçilərə hücumlara görə məsuliyyət daşıyanları müəyyən etməkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR