Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusu bu gün yenidən Ukraynanın müxtəlif bölgələrinə genişmiqyaslı hava hücumu həyata keçirib.
Musavat.com xəbər verir ki, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin məlumatına görə, Moskva bu hücumlarda həm raketlərdən, həm də İran istehsalı olan “Shahed” tipli pilotsuz uçuş aparatlarından istifadə edib.
Ümumilikdə 100 ədəd hava hücum vasitəsi ilə zərbə endirilib. Ukrayna Müdafiə Qüvvələrinin qəhrəmanlıqla apardığı əməliyyatlar nəticəsində onlardan 70 ədəd “Shahed” PUA-sı zərərsizləşdirilib. Lakin digər hədəflər yaşayış məntəqələrinə və mülki infrastruktura ciddi ziyan vurub.
Ekspertlər bildirirlər ki, İran–Rusiya hərbi ittifaqı artıq təkcə Ukraynaya deyil, bütün Avrasiya məkanına birbaşa təhlükə yaradır. İran istehsalı dronlar Rusiyanın əlində qlobal sabitliyə qarşı silaha çevrilib. Bu, həm qitəmiz, həm də bölgəmiz üçün davamlı müharibə, terror və gərginlik deməkdir.
Analitiklər hesab edirlər ki, Tehran və Moskva arasında artan hərbi əməkdaşlıq təkcə Ukrayna cəbhəsində deyil, Yaxın Şərqdən Cənubi Qafqaza qədər geniş coğrafiyada yeni qarşıdurmalara yol aça bilər.
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ