İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyada 2,8 milyon əhali aclıq içindədir - Ümumdünya Ərzaq Proqramı

Ümumdünya Ərzaq Proqramı (WFP) Suriyada 2,8 milyon insanı qidalandırmaq üçün növbəti altı ayda 250 milyon dollara ehtiyac duyur.

Musavat.com xəbər verir ki, bunu WFP -nin Yaxın Şərq, Şimali Afrika və Şərqi Avropa üzrə regional direktoru Korin Fleyşer X hesabında yazıb.

Onun sözlərinə görə, suriyalılar çətin an yaşayırlar: “Çoxlu müharibə və qaçqınların daxili yerdəyişməsindən sonra onlar sağ qalmağın astanasındadırlar. Qarşıdakı altı ayda 2,8 milyon insana ərzaq yardımı göstərmək üçün 250 milyon dollara ehtiyacımız var".

WFP uzun illərdir Suriya əhalisinə yardım göstərməklə məşğuldur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR