İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya üzrə dördtərəfli görüşün mayın əvvəlində keçirilməsi planlaşdırılır

Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin Suriya probleminin həlli ilə bağlı görüşü mayın əvvəlində Moskvada baş tuta bilər.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber” telekanalına açıqlamasında bildirib.

“Daha öncə xarici işlər nazirlərinin müavinləri görüşün təşkili məsələsi üzərində işləyirdilər. Keçən həftə biz Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bunu müzakirə etdik. Hazırda belə bir görüşün mayın əvvəlində keçirilməsi planlaşdırılır və görüş Moskvada olacaq”, - o deyib.

M.Çavuşoğlunun sözlərinə görə, Suriya üzrə dördtərəfli görüşlərin məqsədi Suriyada nizamlanma mexanizmlərini, o cümlədən Astana prosesini normallaşdırmaq və canlandırmaqdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR