Onlayn ictimai-siyasi qəzet
Suriya prezidenti Əhməd əl-Şaranın atası Hüseyn əl-Şara yeni administrasiyanı tənqid edib.
Hüseyn əl-Şara oğlunun rəhbərlik etdiyi administrasiyanı dövlət sektorunun özəlləşdirilməsinə yol açan iqtisadi siyasətinə görə tənqid edib.
O, tənqidi fikirlərini "Facebook" hesabında paylaşıb.
"Dövlət sektoru şirkət və təşkilatlarının özəlləşdirilməsi ilə bağlı eşitdiklərimə gəlincə, bunun böyük bir səhv olacağını deməliyəm. Çünki dövlət sektoru onilliklər əvvəl yaranıb. Bunlar milli dəyərlərdir və xalqa məxsusdur. Əgər laqeydlik, korrupsiya və itkilər varsa, günah infrastrukturda deyil, onlara öz mülkü kimi yanaşan, heç bir təcrübəsi və marağı olmadan istədikləri kimi idarə edən səhlənkar idarələrdir. Dövlət sektorunda özəlləşdirmələr milli suverenliyə təhlükədir. Ağıllı olun, əvvəlkiləri məhv etməyin, yoxsa, bu böyük səhv olar", - deyə o paylaşımında qeyd edib. /Publika.az
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ