İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya parçalanır - Bu şəhər işğal edildi

ABŞ-ın dəstəklədiyi kürd Suriya Demokratik Qüvvələri Suriyanın şimal-şərqində hökumətin nəzarətində olan Deyr əz-Zor şəhərini ələ keçirib.

Musavat.com xsəbər verir ki, bu barədə Reuters təhlükəsizlik güclərindəki mənbələrə istinadən məlumat yayıb. Təfərrüatlar verilməyib.

Kürd qüvvələrinin komandanı Məzlum Abdi bir gün əvvəl Suriyada vəziyyətin gərginləşməsi ilə əlaqədar Deyr-əz-Zor əyaləti də daxil olmaqla, bir sıra ərazilərdə İslam Dövləti terrorçularının fəallaşmasının müşahidə olunduğunu bildirib.

Bu gün səhər saatlarında Əl-Ərəbiyyə telekanalı Suriya qoşunları və İranın proksi qüvvələrinin Suriyanın şərqində silahlıların sürətli hücumu fonunda Deyr əz-Zor və onun ətrafını tərk etdiyini bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR