İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya “Hizbullah”ı ittiham etdi: ölkədə gərginliyin arxasında kim dayanır?  

Suriya təhlükəsizlik qüvvələri Livan mənşəli “Hizbullah” qruplaşmasını ölkədə sabitliyi pozmaqda və gərginliyi artırmaqda günahlandırıb.

Musavat.com xəbər verir ki, bu sensasion iddia ilə Suriyanın Latakiya vilayətindəki təhlükəsizlik qüvvələrinin nümayəndəsi Sacid əd-Dik çıxış edib. O, “Al Arabiya” telekanalına verdiyi müsahibədə bildirib ki, “Hizbullah”ın fəaliyyəti bölgədəki vəziyyəti daha da mürəkkəbləşdirir və mövcud gərginliyi alovlandırır.

Məsələ ilə bağlı hələ ki, “Hizbullah” tərəfi rəsmi açıqlama verməyib. Ekspertlər hesab edirlər ki, bu ittihamlar Suriya və Livan arasındakı münasibətləri daha da gərginləşdirə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Mart 2025

BÜTÜN XƏBƏRLƏR