Onlayn ictimai-siyasi qəzet
Son bir neçə gündə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Tehrandan sonra Bakıya niyə gəlməsi Ermənistanda çoxlarını maraqlandırıb. Bəziləri hətta Ermənistana qarşı “daha bir Rusiya-Azərbaycan sövdələşməsi” ruhunda konspirativ fərziyyələr irəli sürürlər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Suren Surenyants yazıb.
“Düşünürəm ki, Şoyqunun Bakıya səfəri ən azı bizim (Ermənistan - red.) üçün narahatlıq yaratmır. Bu günlərdə bizi narahat edən bir şey varsa, beynəlxalq münasibətlərin subyektindən obyektə çevrilmiş Ermənistanda baş nazirin yeganə məşğuliyyətinin velosiped olmasıdır”, - Surenyants qeyd edib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ