İnsanlara hürriyət, millətlərə istiqlal!

Surenyants elə AÇIQLAMALAR verdi ki...

“Hesab edirəm ki, Azərbaycan və Rusiya müəyyən razılığa gəlib. Bu barədə Rusiya prezidenti Ermənistanın baş nazirinə özü məlumat verəcək”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli politoloq Suren Surenyants tərəfindən səslənib.

“Azərbaycan Rusiya ilə Qərb, Rusiya və Türkiyə arasında “son seçim” etməyə tələsmir, lakin fəal siyasətlə hamı üçün strateji əhəmiyyətini artırır. Azərbaycan Paşinyanı danışıqları birbaşa, vasitəçilərsiz aparmağa razı salıb və çətin ki, danışıqları Rusiya platformasına keçirsin.

Eyni zamanda, Paşinyanın “anti-Rusiya” xəttində olduğunu nəzərə alsaq, Azərbaycan Rusiyanın vasitəçiliyini rədd etmək “missiyasını” üzərinə götürmək istəməz. Paşinyan və ətrafı bütün bunları hesablayıblarmı, yoxsa Vaşinqton və Brüsselə təqdim edilən “anti-Rusiya striptiz”i ilə “Rusiya-Azərbaycan anti-erməni sövdələşməsi” haqqında konspirasiya nəzəriyyələri eşidəcəyik?

Axı beynəlxalq münasibətlər hansısa ölkəyə sevgi və ya nifrət kateqoriyalarını rəhbər tutacağımız etika seminarı deyil. Mən iddia etməkdə davam edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində ən təsirli vasitəçilər regional ölkələr, o cümlədən ilk növbədə Rusiya ola bilər. Bizim primitiv geosiyasi “rəğbətlərimizin” bununla heç bir əlaqəsi yoxdur”, - deyə revanşist politoloq yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR