İnsanlara hürriyət, millətlərə istiqlal!

Suren Surenyants: “Qərb Ermənistana kömək vəd etmir, sadəcə illüziyalarla qidalandırır"

 

“Ukraynalaşmaq” bizim üçün həll yolu deyil. Qərb bizə kömək vəd etmir, sadəcə illüziyalarla qidalandırır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikrin müəllifi yerli siyasətçi, Demokratik Alternativ Partiyasının sədri Suren Surenyantsdır.

 “Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Zalujnı deyib ki, əgər onlar lazımi yardımı almasalar, o zaman Rusiyanın qələbəsi qaçılmazdır. Ukraynanı suverenlik modeli kimi təqdim edən bizim qərbpərəstlər bu sətirləri çox diqqətlə oxusunlar.

Rusiya ilə açıq qarşıdurmaya girən Ukrayna xarabalığa çevrilib və kənar yardımdan o qədər asılıdır ki, hətta onun gecikməsi dövlətçiliyin dağılmasına gətirib çıxara bilər”, - deyə Surenyants yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR