Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin müxalifətçi deputatı, Respublikaçılar Partiyasının üzvü Tiqran Abramyan bəyan edib ki, iş adamı Samvel Karapetyanın ətrafında birləşmək mümkündür.
Musavat.com erməni mediasına istinadla xəbər verir ki, bu barədə o, yerli jurnalistlərə açıqlamasında danışıb.
Abramyan qeyd edib ki, siyasi mübarizədə əsas şəxsiyyətlər deyil, ideyalar ətrafında birləşmək vacibdir.
Onun sözlərinə görə, Samvel Karapetyanın şəxsiyyəti və onun bir sıra simalarla, o cümlədən keçmiş prezident Serj Sarkisyanla münasibətləri nəzərə alınarsa, “əyləşib danışmaq və məsləhətləşmək imkanı” mövcuddur. Lakin o, hadisələrin qabaqlanmamasını və bu yeni qüvvənin tam formalaşmasını gözləməyi tövsiyə edib.
Xatırladaq ki, həbsdə olan Karapetyan az öncə istintaq təcridxanasından cəmiyyətə ünvanladığı mesajında Ermənistanda “tamamilə yeni prinsiplərə əsaslanan bir güc” ətrafında birləşmək zamanının yetişdiyini və artıq “bir yumruq kimi” hərəkət etməyin vacibliyini bildirmişdi.
Samvel Karapetyanın bu çağırışı fonunda Ermənistan daxilindəki bəzi siyasi dairələr onun ətrafında yeni müxalif cəbhənin yaranacağı ehtimalını açıq şəkildə müzakirə edir.
Musavat.com
10 Iyul 2025
09 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ