Suren Papikyan Kipr səfərindən imtina etdi-səbəb?
Ermənistanın müdafiə naziri Suren Papikyanın Kipr Respublikasına səfəri ləğv edilib.
Musavat.com erməni mediasına istinadən bildirir ki, səbəb Ermənistanda sərhəddə vəziyyətin gərginləşməsidir. Bu barədə Kipr Respublikasının Müdafiə naziri Mixalis Yorqallas sosial şəbəkəfəki paylaşımında bildirib. “Bu gün erməni həmkarım Ermənistanda vəziyyətin pisləşməsi ilə əlaqədar Kiprə planlaşdırılan səfəri ləğv edildikdən sonra onunla telefon danışığım oldu.
Biz ölkələrimiz arasında əla münasibətləri, eləcə də Üçtərəfli Müdafiə və Təhlükəsizlik Proqramı çərçivəsində Yunanıstan ilə mükəmməl əməkdaşlığımızı bir daha təsdiq etdik. Mən Ermənistan xalqına tam dəstəyimi bildirdim. Şərait imkan verən kimi yaxın gələcəkdə görüşmək bizim qarşılıqlı istəyimizdir”, - Jorqallas yazıb.
Suren Papikyanın mətbuat katibi Aram Torosyan Ermənistan mediasına açıqlamasında Papikyanın Kiprə səfərinin təxirə salındığını təsdiqləyib.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ