İnsanlara hürriyət, millətlərə istiqlal!

Süni intellektə QLOBAL YATIRIM: ABŞ texnologiya nəhəngləri 300 milyard XƏRCLƏYƏCƏK

ABŞ-ın ən böyük texnologiya şirkətləri bu il ilk növbədə məlumat mərkəzləri sahəsində rəqabət apararaq süni intellekt (AI) layihələrinə 300 milyard dollardan çox pul xərcləməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb

Nəşr yazır ki, şirkətlərin xərcləyəcəyi vəsaitin məbləği bəzi investorları təəccübləndirib və hətta narazılıq yaradıb.

Belə ki, yanvarın sonunda Çinin “DeepSeek” şirkətinin bazara çıxardığı yeni, ucuz və innovativ AI modeli investorlar arasında narahatlıq yaradıb.

Məlumatda bildirilir ki, “Amazon” 2025-ci ildə süni intellektə ən çox sərmayə qoymağa (ümumilikdə $100 milyard) qərar verib. “Microsoft”, “Alphabet” və “Meta” da daxil olmaqla, ABŞ-ın dörd böyük texnologiya şirkətinin birgə xərcləri 2024-cü ildə əvvəlki illə müqayisədə 63% artaraq 246 milyard dollara çatıb.

Qeyd edək ki, yanvarın 20-də Çin şirkəti “DeepSeek” R1 chatbotunun yeni versiyasını buraxıb. Çin chatbotunun tərtibatçıları “OpenAI”dən xeyli az pul xərcləyiblər. “DeepSeek”in chatbotu qısa müddətdə dünya miqyasında populyarlıq qazanıb və investorlar arasında narahatlıq yaradıb.

İqbal,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR