Onlayn ictimai-siyasi qəzet
Birləmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri və ADNOC-un rəhbəri Əhməd Əl Caber hesab edir ki, dünyada enerjiyə tələbat ikiqat artacaq.
Musavat.com xəbər verir ki, bu fikri o, “Adipec” konfransı zamanı səsləndirib. Nazirin sözlərinə görə, bu artıma daha çox ChatGPT-nin yaranması səbəb olacaq.
Nazir bildirib ki, Qlobal Cənub ölkələrinin inkişafı, enerji mənbələrinin transformasiyası, xüsusən də süni intellektin (İI) istifadəsinin eksponensial artımı hesabına dünyanın enerji tələbatı iki dəfə artacaq:
“Sünu intellekt enerji transformasiyasını və aşağı karbonlu inkişafı sürətləndirmək potensialına malikdir, lakin süni intellektdən istifadə enerji tələbini artırır. Bu, ChatGPT-nin yarandığı vaxtdan 18 ay əvvəl heç ağla da gəlmirdi”.
Əhməd Əl Caber qeyd edib ki, yaxın 6 ildə məlumat mərkəzlərinin tutumunun iki dəfə artacaq, bunun üçün 2030-cu ilə qədər ən azı 150 GVt quraşdırılmış güc tələb olunacaq və bu həcmin 2040-cı ilə qədər iki dəfə artacağı təxmin edilir. Onun sözlərinə görə, bu cür enerji tələbatını ödəmək üçün bir enerji mənbəyi kifayət deyil - bərpa olunan enerji mənbələri, nüvə enerjisi, qaz lazım olacaq.
Əl Caberin fikrincə, dünyanın infrastruktura sərmayəyə ehtiyacı var və elektrik sektoruna investisiyanın ildə ən azı 1,5 trilyon dollara yüksəlməsi lazımdır. O vurğulayıb ki, bu investisiyaların sürətləndirilməsi və qorunması üçün ardıcıl siyasətə ehtiyac var.
Onun hesablamalarına görə, günəş və külək enerjisindən istifadə 7 dəfə, maye qazdan istifadə ən azı 65 faiz artacaq, yanacaq və digər məhsulların istehsalı üçün neftdən istifadə davam etdiriləcək.
Öz növbəsində, BƏƏ-nin energetika naziri süni intellektdən artan istifadənin kömür istehlakını artıracağına dair ehtimalı şərh edərək, məlumat mərkəzlərinin yaşıl enerji tələb etdiyini qeyd edib: "Ona görə də mən düşünmürəm ki, biz kömür istehlakının artması haqqında danışa bilərik".
Musavat.com
05 Noyabr 2024
04 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ