Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın administrasiyası daxilində Rusiya ilə münasibətlərlə bağlı fikir ayrılıqları var.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bəzi məsləhətçilər daha sərt mövqe nümayiş etdirməyə çağırır, digərləri isə Ukraynada müharibəyə son qoymaq üçün danışıqlar ideyasını dəstəkləyir.
Dövlət katibi Marko Rubio və Ukrayna üzrə xüsusi elçi Keyt Kelloq hesab edir ki, Tramp xüsusilə Rusiyanın ərazi tələbləri ilə bağlı daha sərt mövqe tutmalıdır. Onlar Moskva ilə dialoqda ehtiyatlı olmağa çağırırlar.
Eyni zamanda, son aylarda Rusiyaya bir neçə dəfə səfər etmiş Yaxın Şərq üzrə xüsusi elçi Stiv Uitkoff Moskvanın müharibəni dayandırmağa hazır olduğunu iddia edir. Nəşrin yazdığına görə, Tramp hazırda Uitkoffun rəyinə meyl edir.
Administrasiya daxilində fikir ayrılığı xüsusilə Ukraynanın Sumı şəhərinə endirilən raket zərbəsi nəticəsində 30-dan çox mülki insanın ölümünə səbəb olandan sonra özünü büruzə verib. Faciə Trampın müşavirləri arasında müxtəlif reaksiyalara səbəb olub. Prezidentin özü hadisəni səhv adlandırsa da, Kelloq və Rubio qətliamı daha sərt şəkildə pisləyib və bunun qəbuledilməz olduğunu bildiriblər.
Nəşr qeyd edir ki, fikir ayrılıqlarına baxmayaraq, administrasiyanın bütün üzvləri, o cümlədən Rusiyaya daha sərt yanaşmanın tərəfdarı olanlar Trampın Ukraynadakı münaqişəyə son qoymaq məqsədini dəstəkləyirlər.
Musavat.com
16 Aprel 2025
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ