İnsanlara hürriyət, millətlərə istiqlal!

Şults Şoltsa deyib ki, Ukraynaya qırıcı təyyarə vermək olmaz

Ukrayna Almaniyadan heç vaxt istismardan çıxarılan “Tornado” döyüş təyyarələrini almayacaq.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə alman siyasətçi Qauk Şults Twitter səhifəsində yazıb.

“Onlar bizi Almaniyada qoruyurlar və ölkəmizi Rusiya ilə müharibəyə sövq etməyəcəklər”, - deyə siyasətçi bildirib.

Şults Ukrayna xarici işlər nazirinin müavini Andrey Melnikin bu tip silahların tədarükü ilə bağlı müraciətinə belə cavab verib. Diplomat daha əvvəl bu barədə Almaniya kansleri Olaf Şoltsa  müraciət edib.

Siyasətçi əlavə edib ki, o, təyyarələrlə işləyən insanları tanıyır və onlar texnikanın belə uyğunsuz şəkildə istifadə olunmasını istəməzlər.

Bundan əvvəl İsveçrə İspaniyaya öz silahlarının Ukraynaya tədarükünə razılıq verməkdən imtina edib. Prezident İqnasio Kassis bildirib ki, Bern nə birbaşa, nə də dolayısı ilə hər hansı hərbi münaqişədə iştirak etmək niyyətində deyil.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR