İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh sazişinə “Qarabağ bəndi” sala bilmərik – İrəvan

Azərbaycan və Ermənistan arasında imzalanacaq müqavilədə Qarabağın Azərbaycandan kənarda qeyd olunması sülh sazişinin pozulmasına səbəb ola bilər.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərin sualına cavab olaraq deyib.

“Mümkün sülh müqaviləsində Ermənistan və Azərbaycanın imzalayacağı sənəddə belə bir qeydin olacağını düşünmürəm. Çünki bu, əks təsir göstərə bilər. İkincisi, Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb. Ərazilərin göstərilməsi isə mümkün sülh müqaviləsini yalnız çətinləşdirəcək və ola bilsin ki, heçə çevirəcək”, - spiker bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR