İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sülh sazişi Trampın siyasətinə təhlükə yaratmır” - İLGİNC açıqlama

“Tramp komandası üçün hazırda Azərbaycan-Ermənistan münasibətləri prioritet deyil. Çünki bu gün bölgədə müharibə yoxdur”.

Bunu Musavat.com-a açıqlamasında politoloq Tural İsmayılov Ağ Evin yeni sahibindən bölgəmizlə bağlı gözləntilərindən bəhs edərkən söyləyib.

TURAL SON.jpg (349 KB)

Ekspert vurğulayıb ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib və bölgədə aktiv döyüş əməliyyatları mövcud deyil:

“İndiki məqamda Donald Trampın Ukrayna cəbhəsinə diqqət etməsi birinci hədəflərindəndir. Sonrakı aylarda isə Trampın Yaxın Şərq mövzusuna fokuslanacağını söyləyə bilərik”.

T.İsmayılov hesab edir ki, ABŞ administrasiyası xarici siyasət kursunda daha uzaq bölgələrdə o qədər də aktiv olmayacaq:

“Həm də bu gün Azərbaycanla Ermənistan arasında əldə edilməmiş sülh sazişi Trampın iqtisadi maraqları və siyasətinə bir təhlükə yaratmır”.

Politoloqun fikrincə, Trampın hakimiyyəti dövrü Azərbaycan-ABŞ münasibətlərində müsbət dinamikaya şahid ola bilərik:

“Bunun üçün onun birinci prezidentliyi dövründəki təcrübəsi də var. Hər bir halda Cənubi Qafqaz bu gün Tramp siyasətində fokus region deyil”.

Elşad,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

05 Mart 2025

BÜTÜN XƏBƏRLƏR