İnsanlara hürriyət, millətlərə istiqlal!

Süleyman Soylu PKK və İranı əməkdaşlıqda ittiham etdi

Türkiyənin daxili işlər naziri Süleyman Soylu CNN Türk telekanalında qonaq olduğu verilişdə PKK terror təşkilatının İranlın qərbindəki Maku şəhəri ətrafında özü üçün yeni baş qərargah formalaşdırdığını bildirib.

Musavat.com xəbər verir ki, xəritə önündə dayanan S.Soylu Makudan Türkiyə sərhədlərinə 40 kilometrlik məsafə olduğunu, terrorçuların özləri üçün əlverişli hava şəraitindən istifadə edərək Türkiyə ərazisinə sızdıqlarını, narkotik maddələrin tranziti ilə məşğul olduqlarını bildirib. 

DİN rəhbəri onu da bildirib ki, PKK-nın ana qərargahı barədə İrandan soruşsanız, xəbərlərinin olmadığını deyəcək.

Bu, dolayısı ilə İranın molla rejiminin PKK-yə dəstək verməsi, onu himayə etməsi ittihamıdır.

Musavat.com həmin videokadrları təqdim edir:

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR