Onlayn ictimai-siyasi qəzet
Əvvəllər rusiyalı senator Süleyman Kərimova məxsus olan 90 metrlik "Ice" yaxtası Türkiyənin Bodrum şəhərində sərnişinləri daşıyan kiçik gəmiyə çırpılıb. Yaxta zədələnib.
Publika.az xəbər verir ki, bu barədə "Mash" Teleqram kanalı məlumat yayıb.
Yaxtada uşaqlar da daxil olmaqla təxminən on nəfər olub.
Kanalın məlumatına görə, yaxtanın dəyəri 150 milyon dollardır. 2015-ci ildə Kərimov onu Ekvatorial Qvineya prezidentinin oğlu Teodoro Nguema Obianq Manqaya satıb.
Yerli polisin məlumatına görə, 2022-ci ildə Fici Respublikasının hakimiyyət orqanları Süleyman Kərimova məxsus Amadea yaxtasını həbs edib. O , Ficinin eksklüziv iqtisadi zonasına səlahiyyətlilərin müvafiq icazəsi olmadan daxil olub.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ