Onlayn ictimai-siyasi qəzet
"Ruslar, müdafiə xəttimizi yarmaq, qüvvələrimizi Rusiya Federasiyasının Kursk vilayətindən sıxışdırmaq və döyüşləri Sumı və Xarkov vilayətlərinə keçirmək məqsədilə hava-desant qoşunlarının və xüsusi təyinatlı qüvvələrin hücum bölmələrindən istifadə edir. Siyasi məqsədlərinə nail olmaq üçün hər cür cəhd göstərən Rusiya ordusu Kursk vilayətində artıq ciddi itkilər verib və verməkdə davam edir".
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskı bildirib.
Onun sözlərinə görə, Kursk əməliyyatı başlayandan (6 avqust 2024-cü ildən bu günədək) Rusiya ordusunun ümumi itkiləri 54,9 mindən çox olub. Bunlardan 22,2 mindən çoxu geri dönməz itkilərdir. Bundan başqa Rusiya ordusunda 31,8 mini yaralı var , 942 əsgər isə əsir düşüb.
Bundan əlavə, Rusiya ordusuna məxsus təxminən 2,1 min ədəd hərbi texnika və silah məhv edilib. Konkret olaraq, 90 tank, 654 zirehli döyüş maşını, 5 yaylım atəş sistemi, 2 hava hücumundan müdafiə kompleksi, 1 təyyarə, 2 helikopter, 1100-dən çox avtomobil, 28 xüsusi texnika və 1500-ə yaxın dron sıradan çıxarılıb.
"Rusiya aviasiyası öz ərazisinə misilsiz hava zərbələri endirib. Xüsusilə, Suca şəhərinə hücum nəticəsində bu yaşayış məntəqəsi demək olar ki, tamamilə dağıdılıb. Ən çətin vəziyyətlərdə mənim əsas prioritetim Ukrayna əsgərlərinin həyatını qorumaq olub və qalır. Bunun üçün müdafiə qüvvələrinin bölmələri, zərurət yarandıqda, daha əlverişli mövqelərə keçid edir. Əsasən pilotsuz uçuş vasitələri və artilleriya sistemləri cəlb edilir. Bunun üçün bütün zəruri göstərişləri verdim," – deyə o əlavə edib.
Onun sözlərinə görə, saat 18:00-a olan məlumata əsasən, Ukrayna Silahlı Qüvvələri Kursk istiqamətində düşmənin səkkiz hücum cəhdini dəf edib.
Musavat.com
13 Mart 2025
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ