İnsanlara hürriyət, millətlərə istiqlal!

Stoltenberqin oktyabrda NATO-nun baş katibi vəzifəsini tərk edəcəyi təsdiqlənir

NATO-nun baş katibi Yens Stoltenberq bu ilin oktyabrında vəzifəsini tərk etmək niyyətindədir.

Musavat.com
xarici agentliklərə istinadən xəbər verir ki, bunu onun mətbuat katibi Oana Lunqesku bir Almaniyanın “Der Spiegel” jurnalına verdiyi müsahibədə söyləyib.

"O, mandatının daha da uzadılmasına cəhd etmək niyyətində deyil", - deyə Lunqesku norveçli siyasətinin mövqeyini çatdırıb.

Qeyd edək ki, Yen Stoltenberqin mandatı artıq üç dəfə uzadılıb və o, doqquz ilə yaxındır ki, alyansa rəhbərlik edir.

Son zamanlar Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda 63 yaşlı siyasətçinin səlahiyyət müddətinin 2024-cü ilin aprelinə qədər uzadıla biləcəyi ilə bağlı ehtimallar irəi sürülmüşdü.


Norveç hökumətinin keçmiş rəhbəri ötən il vəzifəsini tərk edərək vətəninə qayıtmaq və Mərkəzi bankın rəhbəri olmaq istəyirdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR