İnsanlara hürriyət, millətlərə istiqlal!

Stoltenberqdən Rusiyaya CAVAB: "Bu, ehtiyatsız və təhlükəlidir"

NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında bu gün başlayan NATO Müdafiə Nazirləri toplantısından əvvəl mətbuata açıqlama verib.

Musavat.com xəbər verir ki, Stoltenberq Rusiya prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahı yerləşdirmək planı barədə suala cavab verib.

“Rusiyanın nüvə ritorikası ehtiyatsız və təhlükəlidir. Rusiya bilməlidir ki, nüvə müharibəsində qalib gəlmək olmaz. Biz Rusiyanın nə etdiyini diqqətlə izləyirik. İndiyədək biz nüvə mövqeyində hər hansı dəyişiklik görməmişik. Bizim gördüyümüz Rusiyanın yeni müasir nüvə imkanlarına böyük sərmayə qoyduğu və NATO sərhədləri yaxınlığında, məsələn, Şimalda daha çox nüvə imkanları yerləşdirdiyi nümunənin bir hissəsidir. Biz nəyə ehtiyac olduğunu və Rusiyanın nüvə mövqeyini necə dəyişdiyini yaxından izləməyə davam edəcəyik” - o deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR