İnsanlara hürriyət, millətlərə istiqlal!

Stoltenberqdən KRİTİK AÇIQLAMA: Ukraynanın NATO-ya üzv olması...

 

“Ukraynanın öz torpaqlarını qorumaq haqqı var və indi Ukrayna əks hücuma keçir. Biz hamımız istəyirik ki, bu müharibə bitsin. Ədalətli sülh münaqişəni dondurmaq və Rusiyanın diktə etdiyi razılaşmanı qəbul etmək demək deyil. NATO münaqişə tərəfi deyil”.

Musavat.com xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Berlində Almaniya kansleri Olaf Şolz ilə birgə keçirdiyi mətbuat konfransı zamanı deyib.

Stoltenberq Ukraynaya uzunmüddətli dəstəyin müzakirə edildiyini bildirib:

“İyulda keçiriləcək Vilnüs Sammitində Ukraynanın müstəqil ölkə və Avro-Atlantik ailənin demokratik üzvü kimi gələcəyi ilə bağlı rəy formalaşacaq. Biz Vilnüs sammitində və sammitə hazırlıq zamanı Ukraynanı rəsmi dəvət etməyi planlaşdırmırıq. Hazırda müzakirə etdiyimiz məsələ budur ki, Ukraynanı NATO-ya necə yaxınlaşdıra bilərik? Biz razıyıq ki, NATO-nun qapıları açıqdır. 2008-ci ildə razılaşdığımız kimi, Ukrayna birliyə üzv olacaq. NATO müttəfiqləri olaraq qərar verməliyik ki, Ukraynanı dəvət etməyin vaxtı çatıb. Rusiyanın NATO-nun qətnamələrinə veto qoymaq hüququ yoxdur. Amma ən əsası, ən aktual və vacib vəzifə Ukraynanın Avropada müstəqil, demokratik və suveren ölkəyə çevrilməsidir”.

 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR