İnsanlara hürriyət, millətlərə istiqlal!

Stoltenberq: “Rusiya ilə qarşıdurma uzun illər davam edə bilər”

NATO ölkələri ilə Rusiya arasında qarşıdurma uzana bilər, bu səbəbdən alyans hadisələrin belə inkişafına hazır olmalıdır.

Bu barədə cümə axşamı NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

“Biz uzun müddətə hazırlaşmalıyıq, bu, uzun illər çəkə bilər”, - deyə o, bəyan edib.

Stoltenberq əmin olduğunu bildirib ki, alyansa üzv olan 30 dövlət hələ də Ukraynanı dəstəkləməyə sadiqdir və onu silah - sursatla təmin etməyə hazırdır.

O hesab edir ki, Rusiya Federasiyasının uğuru ukraynalılar üçün faciəyə çevriləcək, həm də digər ölkələr üçün təhlükə yaradaraq beynəlxalq mübahisələrin güc yolu ilə həll oluna biləcəyini göstərəcək.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR