Onlayn ictimai-siyasi qəzet
“Tehran Yaxın Şərqdə iranyönümlü qüvvələrin sabitliyi pozan hərəkətlərini dayandırmalıdır”.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.
“Biz ABŞ-nin İraq və Suriyadakı mövqelərinə pilotsuz uçuş aparatları və raketlər vasitəsilə hücumları, eləcə də kommersiya gəmilərinə hücumların şahidi olduq. Bu, eskalasiya riskini artırır”, - o vurğulayıb.
Y.Stoltenberq əlavə edib ki, İran bu qüvvələrə təsir etməlidir.
Onun sözlərinə görə, İranyönümlü qüvvələrin hərəkətləri NATO-nun Yaxın Şərqdə geniş mövcudluğu, o cümlədən alyansın İraqda öz imkanlarını artırmaq missiyasının fonunda həyata keçirilir.
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ