İnsanlara hürriyət, millətlərə istiqlal!

Stoltenberq: “Biz bilirdik ki, ukraynalılar 2014-cü ildən...”

“Biz Ukrayna məsələsində diplomatiyaya sona qədər inanırdıq, lakin prezident Putin məsələnin sülh yolu ilə həllində maraqlı deyildi”.

Musavat.com APA-ya istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq DPA agentliyinə müsahibəsində deyib.

“Biz Rusiyanı öz planlarını həyata keçirməkdən çəkindirmək üçün ciddi cəhdlər etdik. Hələ yanvar ayında biz, NATO-Rusiya Şurasında Rusiyanı öz planları dəyişməyə inandırmaq üçün sonuncu diplomatik cəhd etdik. Görüş Rusiya Prezidenti Vladimir Putinin konkret tələblərlə NATO-ya göndərdiyi məktubun davamı idi. Biz öz təkliflərimizlə cavab verdik və siyasi prosesi davam etdirməyə çalışdıq. Yadımdadır, ruslar bizə deyirdilər ki, onların Ukraynanı işğal etmək planları yoxdur. Biz, bunun əksinə olduğunu bilirdik. Amma planlar tanklar sürülənə, qoşunlar göndərilənə və bombalar atılana qədər dəyişdirilə bilər. Biz sona qədər diplomatiyaya inanırdıq, lakin Prezident Putin məsələnin sülh yolu ilə həllində maraqlı deyildi”, - Stoltenberq qeyd edib.

Ukraynanın özünü bu qədər uzun müddət müdafiə etmə ehtimalına NATO müttəfiqlərinin inanıb-inanmaması barədə sualı cavablandıran Yens Stoltenberqin sözlərinə görə, bu, qeyri-müəyyən olub: “Amma biz bilirdik ki, ukraynalılar indi müharibənin başladığı 2014-cü ildən qat-qat bacarıqlıdırlar. O vaxtdan bəri NATO və NATO müttəfiqləri, xüsusilə ABŞ, Kanada və Böyük Britaniya Ukraynaya təlim və avadanlıqla əhəmiyyətli hərbi dəstək verib”.

NATO baş katibi əlavə edib ki, illər ərzində verilən bu dəstək nəticəsində Ukrayna Silahlı Qüvvələri 2022-ci ilin fevralında 2014-cü ilə nisbətən daha böyük, daha yaxşı təchiz edilmiş, daha yaxşı təlim keçmiş vəziyyətdə idi: “Bu, həm də onların nə üçün 8 il əvvəlkindən daha yaxşı müdafiə edə bildiklərini izah edir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR