Onlayn ictimai-siyasi qəzet
Rusiyanın işğal etdiyi Ukrayna ərazilərinin statusu məsələsi münaqişənin həllində əsas məsələlərdən biridir.
Musavat.com xəbər verir ki, bunu Taker Karlsona müsahibəsində ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff deyib: "Məncə, bu, əsas məsələdir".
Vitkoff işğal olunan ərazilərdə əhalinin böyük hissəsinin rusdilli olduğunu deyib. Bildirib ki, keçirilən referendumlarda əksəriyyət Rusiyanın tərkibinə daxil olmağın lehinə səs verib.
Lakin onun sözlərinə görə, bu faktın beynəlxalq səviyyədə tanınması problem olaraq qalmaqdadır.
Vitkoff həmçinin Rusiyanın Avropa ölkələrinə hücum etmək planının olmadığına əmin olduğunu deyib.
Bundan əlavə, Vitkoff müsahibəsində Ukraynanın seçkilərin keçirilməsi ilə razılaşdığını bildirib.
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ