İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin və Pezeşkian Ukrayna böhranı və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər

Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Məsud Pəzeşkian arasında telefon danışığı olub.

Musavat.com xəbər verir ki, Kreml yayımladığı açıqlamada liderlərin Ukrayna ətrafında diplomatik həll səylərini müzakirə etdiyini bildirib. Pezeşkian Rusiyanın atdığı addımlara dəstək ifadə edib.

Telefon söhbətində həmçinin ikitərəfli əməkdaşlığın aktual məsələləri, o cümlədən enerji və nəqliyyat sahələrində əməkdaşlıq diqqət mərkəzində olub. Liderlər İranın nüvə proqramı, eləcə də Cənubi Qafqazda baş verən hadisələr barədə də fikir mübadiləsi aparıblar.

Putin və Pezeşkian qarşıdakı görüşlərini Çin Xalq Respublikasının Tyanjin şəhərində avqustun 31-dən sentyabrın 1-dək keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində gerçəkləşdirmək barədə razılığa gəliblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2025

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR